11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirildi

6-8 oktyabr 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi keçirildi. Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak edib. Sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edildi. Sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olundu. Ötən illərlə müqayisədə Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə etdi. Sərgi iştirakçıları arasında 275 saylı tam orta məktəbin 2 b "Sağlam Təhsil" sinfinin müəllimi Məmmədova Mədinə iştirak etdi. O sərgidə "Sağlam Təhsil " müəllimləri üçün təşkil olunmuş "Ebru" seminarında iştirak etdi. Seminar iştirakçıları bu sahədə tanınmış Hikmət Barutçu oğlunun çıxışını dinlədilər. Müəllimlərə sonda sertifikat verildi. Qonaqlara təqdim edilən stendlərin içində “Sağlam təhsil ̶ sağlam millət” stendləri də yer tutmuşdu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi