“Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı”

Təhsil naziri Mikayıl Cabbarovun “Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında” əmrinə əsasən ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunmuşdur. Şagirdlərə mövzu ətrafında geniş məlumatlar verildi. Qeyd edildi ki, Cocuq Mərcanlı kənd sakinlərinin öz doğma yurdlarına qayıtmaq barədə müraciətlərini nəzərə alaraq, Prezident İlham Əliyev iyunun 15-də “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılıb. Prezident İlham Əliyevin sərəncamı ilə cəmi iki aya bərpa olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 24 illik fasilədən sonra həyat əvvəlki tək öz axarına qayıtdı. 24 illik yurd həsrətindən sonra Cocuq Mərcanlı sakinləri doğma el-obalarına qayıtdılar.Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun azad etdiyi Lələtəpə zirvəsi Dağlıq Qarabağa dönüşün istinadgahına çevrildi. “Böyük qayıdış”a Cocuq Mərcanlıdan başlanıldı. Bu kənd qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşdü. Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük qayıdış”ın rəmzinə çevrilən Cocuq Mərcanlı həm də qüdrətli Azərbaycanın simvoludur.Prezident İlham Əliyevin sərəncamı ilə cəmi iki aya bərpa olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 24 illik fasilədən sonra həyat əvvəlki tək öz axarına qayıtdı. 24 illik yurd həsrətindən sonra Cocuq Mərcanlı sakinləri doğma el-obalarına qayıtdılar.