"Əlifba" şənliyi keçirildi

Məktəbin birinci sinif rus bölməsi üzrə müəllimi Məmmədova Leylanın təşəbbüsü ilə "Əlifba" şənliyi keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Müəllimlər və valideynlər birinciləri təbrik edərək onların kövrək qədəmlərlə məktəbə ilk addımlarından bəhs ediblər. Şagirdlər Vətənə, əlifbaya, ana dilinə, müəllimə aid şeirlər söyləyiblər. Şagirdlərin ifasında nümayiş olunan rəngarəng səhnəciklər valideyn və qonaqlarda xoş təəssüratlar yaradıb.