Şagirdlərin əl işindən ibarət rəsm sərgisi keçirildi

Məktəbdə 7 "d" sinif şagirdləri tərəfindən çəkilmiş rəsm işləri nümayiş etdirildi. Sərgidə müxtəlif mövzularda çəkilmiş rəsm işləri müəllimlər və digər şagirdlər tərəfindən böyük maraqla qarşılandı. İştirakçılar arasından ən yaxşı rəsm işinin qalibləri mükafatlandırıldı. Sərgidə məqsəd həm şagirdlərin bacarıqlarını nümayiş etdirmək, həm də digər şagirdləri bu cür sərgilərə cəlb etmək idi.