“Narkomaniyaya qarşı mübarizə tədbirləri” mövzusunda seminar keçirildi

275 saylı məktəbdə təbliğat kampaniyası çərçivəsində şagirdlərə “Narkomaniyaya qarşı mübarizə” adlı seminar keçirilib. Seminarın qonaqları Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin rəisi polkovnik-leytenant Tuncay Abbasov, bölmənin rəis müavini polis mayoru E.Rəhimov və əməkdaşları oldu. Onlar mövzu barədə geniş məlumatlar vermiş, "Gənclər arasında sağlam həyat tərzinin formalaşdırılması və onların asudə vaxtının səmərəli təşkili sahəsində görülən işlər" mövzusunda çıxış etdi. Narkomaniyayla mübarizəyə dövlət qayğısı, narkotik vasitələrin və psixotrop maddələrin insanlara və cəmiyyətə vura biləcəyi zərərdən bəhs etdilər. Seminarın keçirilməsinin əsas məqsədi şagirdləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaq olduğunu vurğuladılar. Sonda seminar sual-cavab ilə yekunlaşdı. Şagirdlər onları maraqlandıran sual və fikirlərini qonaqlarla bölüşdülər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi