“OXU GÜNÜ” tədbiri keçirildi

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə “OXU GÜNÜ” tədbiri keçirildi. Tədbirin əsas məqsədi şagirdlərdə mütaliə mədəniyyətinin formalaşması idi. Tədbir iştirakçıları “Oxu günü”ndə iştirak edən tanınmış yazıçı və şairlərlə görüşüb, kitablarını imzalatmaq imkanı əldə ediblər. “Gəlin birgə oxuyaq !” şüarı altında təşkil olunan “Oxu günü”ndə paytaxtın ümumi təhsil məktəb və liseylərinin şagirdləri təqdimatlarla çıxış ediblər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılıb, pantomim tamaşa, kitabların insanın inkişafı baxımından əhəmiyyətini vurğulayan səhnəciklər, “fləşmob” və digər təqdimatlar olub. Tədbirdə həmçinin 275 saylı orta məktəbin şagirdləri də böyük həvəslə iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi