Fəxr edirik

"East Cup Kazan" beynəlxalq futbol turniri baş tutub. Turnirin qrup mərhələsində "Sabah"ın U-10 komandası qrupda Tacikistanın "Babilon" (2:1), Qırğızıstanın "Abdış-Ata" (9:1) və Qazaxıstanın "Elimay" (6:0) komandalarına qalib gəlib, yalnız Rusiyanın "Nefteximik" komandasına 1:2 hesabı ilə məğlub olub. Komandamız qrup mərhələsini birinci sırada tamamlayaraq turnirin həlledici oyununa (finala) vəsiqə qazanıb. 2015-ci il təvəllüdlü uşaqlardan ibarət "Sabah"ın U-10 komandası turnirin həlledici oyununda Rusiyanın "Rubin" (Kazan) komandası ilə qarşılaşıb. Matç rəqibin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv turniri ikinci pillədə başa vurub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi