28 May – Müstəqillik Günü

28 MAY-MÜSTƏQİLLİK GÜNÜ
28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli Respublikasını yaradıb.
28 May – Müstəqillik Günü xalqımızın tarixi yaddaşında azadlıq və milli dövlətçilik uğrunda mübarizənin simvoludur. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın deyil, bütövlükdə Şərq və müsəlman dünyasının ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə düşmüşdür. Bu tarixi hadisə milli şüurun oyanışının, dövlətçilik iradəsinin və xalqın öz müqəddəratını müəyyən etmək qətiyyətinin bariz nümunəsi idi.
Tədbirdə müstəqillik tariximizin şanlı səhifələri barədə çıxışlar dinlənildi, o cümlədən 5"f" və 7"f" sinfinin şagirdlərinin ifasında şeirlər, mahnılar, rəqslər nümayiş olundu.
BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!