28 May – Müstəqillik Günü

"Konstitusiya və Suverenlik İli" çərçivəsində

27 may 2025-ci il tarixində 28 May – Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirildi. Tədbir Azərbaycanın dövlət müstəqilliyinin təməl daşlarından biri olan Müstəqillik Gününün əhəmiyyətini şagirdlərə daha dərindən aşılamaq və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək məqsədilə təşkil olunmuşdur.

Tədbirdə Azərbaycan respublikasının Milli Qəhrəman İbad Hüseynov , məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir çərçivəsində 4"b"sinif şagirdləri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalar, şeirlər və vətənpərvərlik mövzusunda səhnəciklər nümayiş olunub. Gənc nəslin Vətənə olan sevgisini ifadə edən bu çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Tədbirin sonunda qonaqlara təşəkkür bildirilib, belə tədbirlərin gənclərin milli ruhda formalaşmasında mühüm rol oynadığı xüsusi vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi