31 Mart –Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

31 Mart –Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, himnimiz səsləndirilib və soyqırımıla əlaqəli sənədli film izlənilib. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışaraq, tədbir iştirakçılarına ermənilər tərəfindən xüsusilə 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan və digər bölgələrdə azərbaycanlılara qarşı törədilmiş minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi barədə məlumat vermişdir. Şagirdlər həmçinin erməni millətçiləri tərəfindən soyqırım siyasətinin bu gün də davam etdiyini qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər haqqında məlumatlar verdilər. Xüsusilə də aprel döyüşlərində şəhid olan əsgərlərini yad etdilər. Onlar haqqında da öz şeir və mahnılarını ifa etdilər.