Gənc riyaziyyatçılara dəstək

"Gənc riyaziyyatçılara dəstək "dərnəyinin fəaliyyəti
275 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi İsayev Şahab müəllimin rəhbərliyi ilə şagirdlərin riyazi biliklərini artırmaq, məntiqi təfəkkürlərini inkişaf etdirmək və riyaziyyata maraqlarını gücləndirmək məqsədilə riyaziyyat dərnəyi fəaliyyət göstərir. Dərnək çərçivəsində uşaqlar interaktiv tapşırıqlar, məntiqi oyunlar və qrup işləri vasitəsilə həm öyrənir, həm də riyaziyyatı əyləncəli formada kəşf edirlər. Bu fəaliyyətlər onların dərsə olan marağını artırmaqla yanaşı, gələcək uğurları üçün də möhkəm zəmin yaradır.