İmtahan həyəcanı

Məktəbin psixoloqu Səmra Bağıyeva tərəfindən 9-cu sinif şagirdləri ilə "İmtahan həyəcanı" mövzusunda görüş keçirdi. Bu görüşün məqsədi, şagirdlərə imtahan dönəmində qarşılaşdıqları narahatlıq və həyəcanı necə idarə etməyi öyrətmək idi. Psixoloq, imtahan həyəcanının təbii bir proses olduğunu və hər kəsin bu cür vəziyyətlərlə qarşılaşdığını vurğuladı. Sonra isə şagirdlərə bu həyəcanla necə başa çıxmaq barədə bir sıra praktik üsullar təqdim olundu. Bunlara dərin nəfəs alma məşqləri, vaxtın düzgün idarə edilməsi, müsbət düşüncə tərzinin inkişaf etdirilməsi və yaxşı yuxunun əhəmiyyəti daxil idi.