Maarifləndirici tədbir

Suraxanı rayon Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin təşkilatçılığı ilə məktəbimizdə maarifləndirici tədbir təşkil olundu.Tədbiri məktəbimizin direktoru Elnur Hüseynov açaraq bu tədbirin öməmini şagirdlərə açıqladı.Daha sonra söz FHN əməkdaşlarına verildi. Qonaqlar çıxışında fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi, ziyan və itkilərin həcminin maksimum azaldılması, o cümlədən nəticələrinin aradan qaldırılması, mülki müdafiənin təşkil edilməsi prinsipləri haqqında şagirdlərə geniş məlumat verdi.Qonaqlar çıxışında “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın”, “Dəm qazı təhlükəsi” və “112” qaynar telefon xətti” mövzularında ətraflı məlumat verdi. Mövzulara dair video-çarxlar nümayiş olundu.
Tədbir zamanı şagirdlərə mövzu ətrafında geniş məlumat verildi və mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırıldı.