Reproduktiv sağlamlıq
Məktəbimizdə 9-cu sinif şagirdləri arasında reproduktiv sağlamlıqla bağlı anonim sorğu keçirildi və nəticələr əsasında maarifləndirici söhbətlər aparıldı. Görüş zamanı şagirdlərə sağlam həyat tərzi, gigiyena, psixoloji hazırlıq və erkən risklərin qarşısının alınması barədə ətraflı məlumat verildi.