VI siniflərdə monitorinq keçirilib

VI siniflərdə monitorinq keçirilib
Məktəbin Fəaliyyət planına uyğun olaraq martın 14-də təlim tərbiyə işləri üzrə direktor müavini Afaq Səfərova tərəfindən VI siniflərdə tədris dili üzrə monitorinq keçirilib.
Məqsəd şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərinin müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, onların müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılmasıdır.
Yoxlama yekunlaşdıqdan sonra nəticələr məktəb rəhbərliyi, metodbirləşmə rəhbərliyi və sinif müəllimlərinin iştirakı ilə müzakirə olunacaq.