Novruz bayramı qeyd olundu

   Novruzun xalqımız üçün necə əhəmiyyətli, qəlbləri sevindirən, yeni həyat gətirən, ən çox sevilən bayram olduğunu bilirik. Mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bu bayramı xalqımız həmişə sevə-sevə qeyd etmişdir. Bugün də məktəbdə Novruz şənliyi siniflərdə təmtəraqla qeyd edildi. Şagirdlər milli geyimlərdə rəqslər, şeirlər, Novruzun tarixi haqqında təqdimatlar verdilər. Həmçinin Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilmişdir. Orada da məktəb kollektivi böyük həvəslə iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi