Azərbaycan dili aylığı

Məktəbimizdə rus bölməsi şagirdləri arasında Azərbaycan dili fənninin tədrisi ilə bağlı keyfiyyətin yüksəldilməsi, şagirdlərin fənnə marağının artırılması, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması, sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin stimullaşdırılması baxımından bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Yazı müsabiqəsinin keçirilməsi, fəal oxucular arasında ədəbi-bədii diskussiyalar,IV və VII sinif şagirdləri arasında bilik yarışı,mütaliəyəyə xüsusi həvəsi olan şagirdlərlə kitab oxuma saatlarının təşkil olunması nəzərdə tutulub.İbtidai siniflərdə dinləyib-anlama məzmun xətti əsasında monitorinqlər təşkil olunacaq.