Ələkbər Eyvazovun doğum günü qeyd edildi

Ələkbər Eyvazov 1973-cü il fevralın 1-də anadan olub. Əslən Yardımlı rayonunun Bozayran kəndindəndir. Ailədə dördüncü uşaq idi. Anasının adı Əminədir. Sonralar 275 saylı məktəbdə təhsil almışdır.
1992-ci ilin may ayının 21-də Bakı şəhəri Suraxanı RHK-dan hərbi xidmətə çağırıldı. 702-ci hərbi hissənin avtomatçısı idi. İyun ayında Qaraxanlı kəndinə yollandı. Qacar Veysəlli kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə qərəmancasına döyüşdü. Son döyüş mövqeyi isə Alxanlı kəndi oldu. Həmin zaman qardaşı Nəsib Eyvazov topcu kimi doyüşlərdə iştirak edirdi.
11 yanvar 1993-cü ildə Füzuli rayonunun Alxanlı kəndi uğrunda gedən döyüşlərin birində Ələkbər ağır yaralandı. Qardaşı Nəsib isə mənfur düşmənin agır texnikasının, qarşısını almaq üçün top atəşini dayandırmırdı. Artıq Ələkbərin məsum gözləri bu dünyaya əbədi olaraq yumulmuşdur.
Ələkbər Eyvazov Şəhidlər xiyabanında dəfn edilmişdir.
Məktəbimiz Ələkbər Eyvazovun adını dayışıyır. Şəhidimizin əziz xatirəsini yad etdik. Bu Vətən sizi heç vaxt unutmayacaq!