Şagirdlərin "Qobustan” ekskursiyası

Qaya üzərində qazılmış təsvirlər və neolit dövründə ibtidai insanlarının məskunlaşdığı yerləri görmək üçün açıq səma altında yerləşən “Qobustan” Tarixi-İncəsənət qoruğuna səfər uğurla baş tutdu. 2007-ci il 23 iyun tarixindən 2 iyul tarixinə qədər Yeni Zellandiyanın Kraystçörç şəhərində keçirilən YUNESKO Ümumdünya irsi komitəsinin 31-ci sessiyasında Qobustanın qayaüstü təsvirləri mədəni peyzajı Ümumdünya irsi obyektləri siyahısına daxil edilmişdir. Qoruq ərazisində Böyükdaş dağının ətəyində bizim eranın I əsri, 84 və 96-cı illərə aid eramızın I əsrində XII İldırım Sürətli Legionun olduğunu qeyd etmiş “Fulminata” (ildırım sürətli) ləqəbli Roma imperatoru Domisianın legionu tərəfindən qoyulmuş, üzərində latın dilində yazılmış daş lövhələrlə, - Kiçikdaş dağı yaxınlığında “Qaraatlı Piri” ibadətgahına ziyarət, Daşqil dağında palçıq vulkanı təzahürləri sönmüş vulkan, qrifon ilə şagirdlər tanış oldular.