Naxçıvanın 100 illiyi

"Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında "Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı" layihəsinin keçirilməsi elan edilmişdir.
"Məktəblərdə Naxçıvan ayı" nın keçirilməsi haqqında Tədbirlər Planının "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində dəyirmi masa təşkil olundu.Tədbir tarix fənnini tədris edən Cəmilə Quliyevanın təşkilatçılığı və 8"d" sinif şagirdlərinin iştirakı ilə baş tutdu.