IX siniflərdə monitorinq keçirildi

Məktəbin fəaliyyət planına əsasən 04.12 .2024-cü il tarixində 9-cu sinflərdə məktəb rəhbərliyi tərəfindən monitorinq keçirildi.Monitirinq ana dili, riyaziyyat və xarici dil fənləri üzrə şagirdlərin biliklərini ölçmək məqsədi ilə keçirildi. Monitorinq sualları şagirdlərə Azərbaycan və rus bölmələri üzrə 2 variantda təqdim edildi. Monitorinq 2,5 saat (150 dəqiqə) davam etdi. Aparılan monitorinqin məqsədi 9-cu sinif şagirdlərinin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərilməsinə nail olmaqdır.