Monitorinq

26.11.2024-cü il tarixində məktəbin IV siniflərində Azərbaycan dili və riyaziyyat fənləri üzrə tədrisin keyfiyyətinin yoxlanılması məqsədi ilə rəhbərlik tərəfindən (05.11.2024) keçirilmiş monitorinqin təhlil müzakirəsi aparıldı.Müzakirədə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Sadıqova və 4-cü siniflərin sinif rəhbərləri ,ibtidai siniflər üzrə metodbirləşmə sədri iştirak edirdi.Nailə Sadıqova monitorinqin siniflər üzrə təhlil nəticələrini müəllimlərə təqdim edərək hesabat verib.Müzakirə zamanı şagirdlərin ən çox səhv cavablandırdığı suallar və onların əhatə etdiyi mövzular aydınlaşdırılıb.Müəllimlərə siniflər üzrə keyfiyyət və mənimsəmə faizləri təqdim olunub.Təkmilləşdiriləcək mövzular müəyyən edilərək həmin mövzular üzrə tapşırıqlar verilir.Təhlil vərəqlərini yekunlaşdırıb rəhbərliyə hesabat vermələri müəllimlərə tapşırılır.