Məktəb kitabxanaları günü

Beynəlxalq Məktəb Kitabxanaları Günü UNESCO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən qeyd olunur. İlk dəfə bu günün qeyd olunmasını Beynəlxalq Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz elan edib. 2005-ci ildə bu bayramın rəsmi statusunu birliyin yeni prezidenti Piter Cenko təsdiqləyib. 2008-ci ildən bu günün qeyd olunması aylığa çevrilib (22 oktyabr – 22 noyabr). Bu isə hər bir məktəb kitabxanasına ay ərzində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir.
Kitabı uşaqlara ən yaxşı tanıdan kitabxanalardır. Burada ayrı-ayrı fənlərə aid əlavə materialları, tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları, bir sözlə, axtarılan sualların əksəriyyətinə cavab verəcək mənbələri tapmaq mümkündür.
Kitabxana müdirimiz Qaxıyeva Rəhilə şagirdlərimizi məktəbin kitabxanası,kitabxana qaydaları ilə tanış etdi.