Məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb
Oktyabrın 1-dən etibarən bütün ümumtəhsil müəssisələrində olduğu kimi 275 nömrəli tam orta məktəbdə də məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.
2024/2025-ci tədris ilində Azərbaycan bölməsi üzrə 5 məktəbəhazırlıq qrupunda 93 şagird,rus bölməsi üzrə 1 qrupda 30 uşaq hazırlıq keçəcək. İlk gündə məktəb rəhbərliyi sinif otaqlarına daxil olaraq ilk dəfə məktəb həyatına qədəm qoyan həyəcanlı balacalara uğurlar arzulayıb.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır. Məktəbəhazırlıq qruplarında “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Ətraf aləmlə tanışlıq”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Bu qruplarda dərs ili iki yarımilə bölünür və məşğələlər mayın 31-də başa çatır.