Bilik Günü

Bilik Günü

16 sentyabr tarixində məktəbdə “Bilik Günü”nə həsr olunmuş tədbir keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və Vətənimizin azadlığı uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açıq elan edən məktəbin direktoru Elnur Hüseynov şagirdləri bu gün münasibətilə təbrik etdi.Yeni tədris ilində qarşıda duran vəzifələr və keçən tədris ilində əldə olunmuş nailiyyətlər haqqında məlumat verdi.

"Bilik Günü" nə həsr edilmiş tədbirdə Suraxanı rayon icra hakimiyyətinin nümayəndəsi və məktəbin müəllim və şagird kollektivi iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi