Ibtidai sinif müəllimləri ilə təlim xarakterli iclas keçirildi

03.09.2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimləri ilə təlim xarakterli iclas keçirildi.Qarşıda duran məsələlərin- yeni tədris ilində illik və cari planlaşdırmanın hazırlanması,valideyn-şagird-müəllim münasibətlərinin tənzimlənməsi,nümunəvi dərs təlim metodlarının müzakirəsi aparıldı.Təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Sadıqova və ibtidai siniflər üzrə metodbirləşmə sədri Natella Quliyeva müzakirə zamanı müəllimlərin ünvanladıqları sualları cavablandırdılar ,mövzu üzrə öz tövsiyə və iradlarını bildirdilər.Ötən tədris ilində beynəlxalq olimpiadalarda uğur qazanan müəllimlərə şagirdlərinin sertifikat və diplomları təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi