Azərbaycan komandası Dubayda keçirilən beynəlxalq olimpiada dünya biricisi oldu

Azərbaycan komandası Dubayda keçirilən beynəlxalq olimpiada dünya biricisi oldu

22-26 iyun tarixində Dubay şəhərində FİSO olimpiadasının global mərhələsi təşkil olunub. 18 ölkədən 600 qədər iştirakçı qalib adı uğurunda mübarizə aparıb. Ölkəmiz böyük komanda ilə olimpiada təmsil olunub. Global Olympiad Center təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər Riyaziyyat, Məntiq, Fizika, Biologiya, Kimya Elm, İngilis dili fənləri üzrə biliklərini nümayiş etdiriblər. Komanda hesabında dünya birinciliyini əldə edən millimizin tərkibində çıxış edən şagirlərimizdən 6 nəfər dünya biricisi, 7 nəfər dünya ikincisi, 12 nəfər isə dünya üçüncüsü adını qazanıb. Eyni zamanda xüsusi mükafatlar əldə ediblər.

Qeyd edək ki, ümumilikdə komandamız 18 ölkə arasında 45 qızıl, 73 gümüş, 87 bürünc medalla dünya biricisi olub. Komandamızın rəhbəri Xəyal İbrahimzadənin verdiyi məlumata görə, yiğmamiz Azərbaycanın müxtəlif bölgələrindən olan məktəblilərdən ibarət olub. Global uğura imza atan komandamız Azərbaycan bayrağını beynəlxalq arenada şərəflə dalğalandırıb.Azərbaycandan olan komandanın tərkibində məktəbimizin 10"a" sinif şagirdi Şükürlü Zakir və 9"a" sinif şagirdi Şükürlü Elşən iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi