“Son zəng” tədbiri keçirildi

“Son zəng” tədbiri keçirildi

14.06.2024-cü il tarixində məktəbimizdə “Son zəng” tədbiri keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı.Vətən uğrunda canlarından keçən vətənin qəhrəman övladları bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elnur Hüseynov məzunları "Son zəng" münasibətilə təbrik etdi və həyatda uğurlar arzuladı.

Tədbirdə məktəb rəhbərliyi,Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, məzunların valideyinləri, , müəllimlər çıxış edərək məzunlara uğurlar diləyib, onlara tələbə adını qazanmağı arzuladılar.

Şagirdlərin hazırladıqları musiqili-bədii çıxışlar maraqlı və yaddaqalan olmaqla yanaşı tədbir iştirakçılarına xoş təəssürat bağışladı.Sonda məktəb rəhbərliyi fərqlənən məzunları fəxri fərmanla təltif etdi.

Yolunuz açıq olsun, əziz məzunlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi