Böyük summativ qiymətləndirmə keçirildi

29.05.2024-cü il tarixində 4-cü sinif şagirdlərinin 2023-2024-cü tədris ilində şagirdlərin II yarımil üzrə bilik və bacarıqlarının yoxlanılması məqsədilə məktəb rəhbərliyi tərəfindən II yarımil üzrə Böyük summativ qiymətləndirmə keçirildi.Qiymətləndirmə hər üç fənn üzrə açıq və qapalı formada olmaqla 15-16 sual əsasında iki variantda təşkil edilmişdi.
BSQ- Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparıldı. Məktəb üzrə 6 sinifdə 165 şagird (az.bölməsi ),2 sinifdə 71 şagird ( rus bölməsi) təhsil alır .236 nəfər şagirddən 231 nəfər qiymətləndirmədə iştirak etdi.
Qiymətləndirmə prosesinə rəhbərlik nəzarət edir.