Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil olundu

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil olundu
Şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə məktəbimizin ibtidai sinif müəllimi Fidan Nəsiblinin rəhbərliyi ilə 2 "ə" sinif şagirdləri Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ekskursiyada oldular.Şagirdlər dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan Qala muzeyi ilə yaxından tanış oldular.Eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, yaşayış evləri,qədim əşyaları haqqında geniş məlumat əldə etdilər.Şagirdlər ekskursiyadan xoş təsuratla ayrıldılar.