28 May - Müstəqillik Günüdür

28 May - Müstəqillik Günüdür.
1918-ci il mayın 28-də çar Rusiyasının əsarətindən azad olan xalqımız müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini quraraq Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edib. Dövlət müstəqilliyinin elan edilməsi ilə yanaşı Azərbaycanın ilk Parlamenti və Hökuməti, həmçinin bayrağı, himni və gerbi təsis edilməklə, ana dili dövlət dili elan edilib. Bu məqsədlə tarix fənnini tədris edən Könül Əkbərova,Vüsalə İsgəndərova və Xanım Qafarova 5"b"və 6"f" sinif şagirdlərinin iştirakı ilə tədbir təşkil etdi.