Dərs-tədbir xarakterli təşkilat saatı keçirildi

Bu gün 1 b sinfində maraqlı dərs-tədbir xarakterli təşkilat saatı keçirildi.Azərbaycan dili fənni üzrə keçirilmiş ,səhnələşdirilmiş “Əkinçi və Canavar” mətnində çörəyin ərsəyə gəlməsi haqqında verilmiş məlumatlar əyani şəkildə göstərilərək şagirdlərin bu haqda bilikləri daha da genişləndi,təkmilləşdi.Şagirdlərə zəhmətə dəyər vermə ,qədir bilmə,qiymətləndirmə bacarıqları aşılandı.Özlərinin hazırladıqları kökələri səbirsizliklə gözləyən birincilər sevinclərini paylaşırdılar.Böyük zəhməti keçən,şagirdlərə zəhmət,əziyyət və onun bəhrəsini nümayiş etdirən Xatirə müəllimə mətnin ideyasını maarifləndirici bir şəkildə şagirdlərə aşəladı.Belə bir maraqlı,maarifləndirici təşkilatçılığa görə 1 b sinif şagirdlərinin valideynlərinə və sinif rəhbəri Xatirə müəlliməyə dərin təşəkkür bildirirk

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi