IV siniflərdə keçirilmiş monitorinqin müzakirəsi

18.05.2024-cü il tarixdə IV siniflərdə keçirilmiş monitorinqin təhlili üçün 4-cü siniflərin sinif rəhbərləri və şagirdlərlə görüş keçirildi.Müzakirə xarakterli iclasda hər iki fənn üzrə düşən suallar təhlil edildi.Şagirdlərin sual kitabçalarına əsasən siniflər üzrə şagirdlərin nailiyyətləri,doğru və yanlış cavablar müəyyənləşdirildi.Siniflər üzrə keyfiyyət və mənimsəmə faizi çıxarıldı.Çətinlik yaradan suallar və onların əhatə etdiyi mövzular müzakirə edildi.Növbəti tədris ilində təkmilləşdiriləcək mövzu və tapşırıqlar müəyyən edildi.