VI siniflərdə monitorinq keçirildi

19 may 2024 VI siniflərdə monitorinq keçirildi
VI siniflərində 19 may saat 10:00-da Bakı şəhəri üzrə müəyyən edilmiş mərkəzlərdə tədris dili, riyaziyyat və təbiət fənnindən monitorinq keçirildi.
Şagird nailiyyətlərinin yaxşılaşdırılması, VI sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.
Monitorinq mərkəz olaraq 275 nömrəli tam orta məktəbdə 26 otaqda təşkil edilmişdir.
İmtahan rəhbəri Röya İslamova otaqları gəzərək nəzarərçiləri təkrar təlimatlandıraraq şagirdlərə uğurlar arzuladı.