IV siniflərində monitorinq keçirildi

18.05.2024-cü il tarixdə Bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirildi.
Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılmışdır.
Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərini yaxşılaşdırmaq, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, həmçinin tədrisin keyfiyyətini artırmaqdan ibarətdir.
Monitorinq mərkəz məktəb olaraq 275 nömrəli tam orta məktəbdə 28 otaq üzrə 656 şagird nailiyyətinin yoxlanılması üzrə həyata keçirildi.