“Həyatı sevirəm,yaşamağı seçirəm” adlı tədbir keçirildi

08.05.2024ci il tarixində Suraxanı Rayonu 275 nömrəli tam orta məktəbdə “Həyatı sevirəm,yaşamağı seçirəm” adlı tədbir keçirildi.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili üzrə bölmə rəisi polis polkovnik leytenant Əfqan Ağayev və digər qonaqlar iştirak etdilər.Tədbirdə əsrin bəlası sayılan narkomaniya və onunla mübarizə yollarından danışıldı.Tədbirin bədii hissəsində şagirdlər maraqlı səhnəciklər nümayiş etdirdilər.Məktəbimizin şagirdlərinin hazırladığı videoçarxlar və bu mövzuya həsr olunmuş şəkillər qonaqlar tərəfindən yüksək qiymətləndirildi.Sonda məktəbin direktoru E.Hüseynov qonaqlara öz təşəkkürünü bildirdi və gələcək nəsillərin elmli vətənpərvər ruhda yetişmələri üçün əlimizdən gələni etməyimizə hazır olduğumuzu vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi