Zərifə Əliyevanın anadan olmasından 101 il ötür

Zərifə Əliyevanın anadan olmasından 101 il ötür

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü ilə əlaqədar kitabxanada dəyirmi-masa təşkil edildi. Əvvəlcə Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycandili fənnini tədris edən Zərifə Abbasova və kitabxanaçı Qaxıyeva Rəhilə tərəfindən şagirdlərə görkəmli alimin həyat və yaradıcılığı barədə geniş məlumat verildi. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışılıb. Qeyd edilib ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi