İbtidai sinif müəllimləri ilə müzakirə iclası keçirildi

06.04.2024-cü il tarixdə ibtidai sinif müəllimləri ilə müzakirə iclası keçirildi.İclasda mayın 18-də IV siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün keçiriləcək monitorinq çərçivəsi ətrafında müzakirə aparıldı.Təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Sadıqova monitorinq çərçivəsi haqqında müəllimləri məlumatlandırdı.

Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda, tədrisin keyfiyyətinin artırılmasıdır.

IV siniflərdə keçiriləcək imtahanın müddəti 120 dəqiqədir. Tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə 27 qapalı və 3 açıq sual təqdim olunacaq.

Bu istiqamətdə müəllimlərə lV sinif şagirdlərinin valideynləri ilə görüş keçirmək və onları məlumatlandırmaq tapşırıldı.

Daha sonra məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Afaq Səfərova müəllimlərə davranış jurnalının yazılması qaydasını bir daha izah etdi.Müəllimlərə bir sıra nüanslara diqqət etmək tapşırıldı.Məktəbin psixoloqu Səmra Bağıyeva isə müəllimlərlə sinifdə davranış qaydalarından,nizam-intizamdan,valideyn-şagird-müəllim yanaşmasından söhbət açaraq , müzakirə etdi.IV sinif şagirdləri ilə monitorinq qabağı bir sıra görüşlər keçirəcəyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi