Zərərli vərdişlər mövzusunda məşğələ keçirilib

Zərərli vərdişlər mövzusunda məşğələ keçirilib

Aprel ayının 4-də “Zərərli vərdişlərə birlikdə yox deyək!” layihəsi çərçivəsində və sağlam həyat tərzi, reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin aparılması məqsədi ilə məktəbin psixoloqu Səmra Bağıyeva və məktəbin həkimi Nübar Eminli “Zərərli vərdişlər: Alkoqolizm və Narkomaniya” mövzusunda məşğələ keçirdi.Əvvəlcə narkotiklərdən istifadə etməyə təhrik edən səbəblər və narkoasılılığın nəticələri haqqında şagirdlərin fikirləri dinlənildi. Sonra həkim Nübar xanım narkotiklərin ilk növbədə sinir hüceyrələrini zədələyən və insan orqanizmini bərpa olunmaz şəkildə dağıdan zəhərli maddələr olduğu haqqında məlumat verdi. O, qeyd edib ki, digər zəhərli maddələrdən fərqlənən bu maddə qısamüddətli, hətta birdəfəlik qəbuldan sonra kəskin fiziki və psixi asılılıq yaradır.

Daha sonra psixoloq Səmra xanım zərərli vərdişlərdən biri olan alkoqolizm haqqında danışıb. O, söyləyib ki, spirtli içkilər ağız boşluğu, qırtlaq və yemək borusunun xərçəngi ilə birlikdə, digər orqanların da xərçəngi riskini artırır.

Tədbirin sonunda şagirdlərə zərərli vərdişlərdən uzaq olmağı, sağlam qidalarla qidalanmağı, idmanla məşğul olmağı, onları narahat edən məsələlər meydana çıxdıqda valideynlərinə, müəllimlərinə yaxınlaşmağı tövsiyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi