"İdman həftəsi" layihəsi çərçivəsində parolimpiyaçı Aynur Məmmədova ilə şagirdlərin görüşü keçirildi

"İdman həftəsi" layihəsi həyata keçirilir

Elm və Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır.

Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 1 – 7 mart 2024-cü il tarixində ümumtəhsil müəssisələrində idman həftəsinin keçirilir.

"İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq martın 5-də idman nailiyyətləri olan Paralimpiyaçı Taekvondo üzrə 3 qat dünya və 4 qat Avropa çempionu[3], Azərbaycan Respublikasının əməkdar idman ustası və ictimai-siyasi xadim, Paratekvando üzrə Azərbaycan Milli Yığmasının üzvü, Prezident Mükafatçısı, Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası ictimai birliyinin sədri Aynur Məmmədova ilə şagirdlərin görüşü keçirildi . Aynur Məmmədova uğur və nailiyyətləri haqqında şagirdlərə ətraflı məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi