Xocalını unutmayaq, unutdurmayaq

“Xocalını unutmayaq, unutdurmayaq”

Xocalı soyqrımının 32-ci ildönümü ilə əlaqədar olaraq fevralın 26-da Vüsalə İsgəndərova və Könül Əkbərovanın təşkilatçılığı ilə “Xocalını unutmayaq, unutdurmayaq” mövzusunda əbədi-bədii kompozisiya keçirilib.Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımdan danışılıb. Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.Daha sonra şagirdlərin ifasında soyqırımı əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Məktəbin direktoru Elnur Hüseynov öz çıxışında Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən böyük cimayət olduğunu və tariximizin ən qanlı səhifəsinin heç zaman unudulmayacağını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi