Zərərli vərdişlər orqanizmə necə təsir göstərir?

“Zərərli vərdişlər orqanizmə necə təsir göstərir?” adlı maarifləndirici söhbət keçirilib

Fevralın 27-də BŞTİ-nin 30.09.2022-ci il tarixli F-305 nömrəli əmrini rəhbər tutaraq “Zərərli vərdişlərə birlikdə yox deyək!” layihəsi çərçivəsində məktəbin həkimi Eminli Nübar və psixoloq Səmra Bağıyeva tərəfindən VIII sinif şagirdlərinin iştirakı ilə “Zərərli vərdişlər orqanizmə necə təsir göstərir?” adlı maarifləndirici söhbət keçirilib. Söhbətin keçirilməsinin əsas məqsədi şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə olan marağını artırmaqdan ibarət olub.

Maarifləndirici söhbətdə iştirak edən məktəbin psixoloqu Səmra Bağıyeva qeyd edib ki, zərərli vasitələrdən istifadə adətən, yeniyetməlik dövründən başlayır. Bu vasitələrin yeniyetmələrin həyatına daxil olmaması üçün ailə və məktəb birgə işləməlidir.

Sonda şagirdləri maraqlandıran sualları cavablandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi