21 fevral - Beynəlxalq Ana Dili Günü

21 fevral - Beynəlxalq Ana Dili Günü

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu günün mühüm tarixi əhəmiyyəti ilə əlaqədar olaraq təşkilatçı Afaq Səfərova V siniflər arasında müsabiqə elan etdi.Müsabiqənin şərtlərinə görə şagirdlər hər hansı bir hekayəni səhnələşdirməli idi.Müsabiqəyə Əliyeva Könül müəllimin rəhbərliyi ilə 5"a" sinifi "Qaraca qız" , Qulamova Pərvanə müəllimin rəhbərliyi ilə 5"e" sinfi "Poçt qutusu" ,Abdullayeva Leyli müəllimin rəhbərliyi ilə 5"ə" sinfi "Ədalətli seçim "hekayələri ilə qoşuldular. Tədbir dövlət himnimizin səsləndirilməsi ilə açıq elan olundu, daha sonra şagirdlərin təqdimatında səhnəciklər, ifalar, rəqslər nümayiş olundu. Sonda məktəbin direktoru Elnur Hüseynov Beynəlxalq Ana Dili Gününün yaranma tarixi, əhəmiyyəti barədə məlumatları şagirdlərin diqqətinə çatdırdı, müsabiqəyə qoşulan siniflərə və həmin siniflərdə Azərbaycan dilivə ədəbiyyatı tədris edən müəllimlərimizi təşəkkürnamə ilə təltif etdi.

Tədbirin keçirilməsində məqsəd dövlətçilik tariximizin əsas amillərindən biri olan doğma dilimizin xüsusi əhəmiyyətini bir daha vurğulamaq və gənc nəsilə çatdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi