Mənim Hekayəm

Bu gün 21 Fevral Ana Dili Günü münasibəti ilə 28.12.2023-cü ildə məktəbin IV sinifləri üzrə seçilmiş şagirdlər arasında keçirilmiş “Mənim hekayəm” adlı müsabiqənin təqdimat və mükafatlandırma mərasimi keçirildi.Tədbirdə layihənin rəhbəri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Sadıqova layihə haqqında,layihənin həyata keçirilməsinin mərhələləri haqqında təqdimat etdi.daha sonra qalib və fərqlənən şagirdlər mükafatlandırıldı.Onlara fəxri fərmanlar,təltifnamələr və hədiyyələr təqdim olundu.Seçilmiş şagirdlərin sinif rəhbərləri də tədbirdə çıxış edərək layihə haqqında xoş sözlər söylədilər. Tədbirdə məktəb rəhbərliyi, IV sinif şagirdləri,sinif müəllimləri və valideynlər iştirak edirdi. Layihənin III mərhələsi aprel ayında keçiriləcək. Uğurlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi