Pedaqoji Şuranın iclası keçirildi

31.01.2024-cü il tarixdə məktəbin müəllim və valideynlərin iştirakı ilə növbəti pedaqoji şura keçirildi. Şurada birinci yarımilin yekunlarına dair hesabatlar dinlənildi.Oktyabr ayında keçirilən monitorinqin nəticələri təhlil olundu . Eyni zamanda ikinci yarımildə qarşıda duran hədəflər müəyyənləşdirildi. İclasda həmçinin gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması,tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması,fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunuldu.İclasda bununla yanaşı məktəbin təhlükəsizliyi, şagirdlərin təhlükəsiz şəraitdə təhsil alması , məktəbə kənar şəxslərin buraxılmaması rəhbərlik tərəfindən pedoqoji heyətə çatdırıldı.Müəllim və valideynlər qarşısında qoyulan yeni vəzifələr, şagirdlərə qarşı diqqətin artırılması , psixoloji maarifləndirmənin gücləndirilməsi, sinif rəhbərlərinin nəzarəti gücləndirməsi,şagird davamiyyəti,dərsə gecikmə ,şagirdlərin məktəbli formalarına ,tənəffüsdən sonra dərsə gecikmə hallarının qarşısının alınması, etik davranış qaydalarına riayət olunması kimi aktual məsələlər müzakirə olunaraq qərarlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi