Şagirdlərimiz "Şəhidlər xiyabanı"nı ziyarət etdilər

Bu gün məktəbin 6ç sinif şagirdləri Vüsalə Həsənovanın təşkilatçılığı ilə "20 Yanvar" faciəsinin 34-cü ildönümü ilə əlaqədar and yerimiz olan "Şəhidlər xiyabanı"nı ziyarət etdilər. Qanlı Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi