“Azadlığa aparan yol!” adlı tədbir keçirildi

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 17 yanvar 2024 - cü il tarixində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Azadlığa aparan yol!” adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Ardınca vətən uğrunda canlarını qurban verən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin rəsmi hissəsində muzeyin direktoru əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova qonaqları salamlayaraq həmin günün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən söz açdı. Daha sonra muzeyin əməkdaşı, elmi-kütləvi işlər üzrə şöbənin müdiri Ümidə Hacıyeva geniş məruzə ilə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələrdən, o cümlədən xalqımızın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışdı. Eyni zamanda tədbir çərçivəsində 20 Yanvar İctimai Birliyinin üzvləri Sahib Əlizadə və Fəxrəddin Məmmədov həmin günün canlı şahidləri kimi öz xatirələrini bölüşdülər. O dəhşətli gecədə millətimizin axan qanının hədər getmədiyini, bugünkü müstəqilliyimizin bünövrəsinin elə həmin gün qoyulduğunu vurğuladılar. Həmçinin qonaqlara muzey işçiləri tərəfindən hazırlanmış 20 Yanvar faciəsini əks etdirən videoçarx da nümayiş olundu.

Tədbirin bədii hissəsində isə Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri vətənpərvərlik mövzusunda müxtəlif musiqi nümunələri ilə çıxış etdilər.

Tədbirdə qonaqlarla yanaşı Suraxanı rayonu Ələkbər Eyvazov adına 275 saylı tam orta məktəbin müəllim və şagirdləri, muzey əməkdaşları, media nümayəndələri də iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi