Heydər Əliyevin Anım Günü ilə bağlı dəyirmi masa keçirilib

Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə bağlı dəyirmi masa keçirilib

12.12.2023-cü il tarixində kitabxana müdiri Rəhilə Qaxıyevanın rəhbərliyi ilə 7 ə sinif şagirdlərin iştirakı ilə 12 dekabr - Heydər Əliyevin Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Dəyirmi masada çıxışlar zamanı dahi şəxsiyyət Heydər Əliyevin milli dövlətçilik ənənələrinin bərpasında misilsiz xidmətlərindən, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində əvəzolunmaz rolundan danışılıb. Eləcə də hər zaman sonsuz sevgi, qürurla xatırladığımız Ulu Öndərin Azərbaycan gəncliyinin inkişafında mühüm rolunun olduğu vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi