X- XI siniflərin rəhbərləri ilə məktəb rahbərliyinin iclası keçirildi

30.11.2023 -cü il tarixində X- XI siniflərin rəhbərləri ilə məktəb rahbərliyinin iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Elnur Hüseynov ilk növbədə qarşıda duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırdı.Məktəbin direktoru Elnur Hüseynov çıxışında məktəbdə şagirdlərin davamiyyəti və təlim nəticələrinin yüksəldilməsi istiqamətində onlardan gözləntilərini ifadə etdi.Müəllimləri maraqlandıran suallar cavablandırıldı, təklifləri dinlənildi. Daha sonra məktəb rəhbəri valideyn – şagird – müəllim münasibətlərinin düzgün istiqamətdə qurulmasının vacibliyini vurğuladı.