Monitorinqin sinif müəllimləri ilə müzakirə iclası keçirildi

28.11.23-cü il tarixdə 24.11.23-cü il tədris ilində lll siniflərdə Azərbaycan dili fənnindən şagirdlərin yazı bacarıqlarının yoxlanılması məqsədilə keçirilən monitorinqin sinif müəllimləri ilə müzakirə iclası keçirildi.İclasda TTİ d/m Nailə Sadıqova sinif müəllimlərinə şagirdlərn yazı bacarıqlarının yoxlanmasının nəticələri,siniflər üzrə keyfiyyət faizlərini,şagirdlərin çətinliklə qarşılaşdığı mövzuların hesabatını təqdimat etdi.Sinif müəllimləri nəticələrlə tanış oldular.Daha da təkmilləşdirəcəkləri mövzuları qeyd etdilər.Müəllimlərə tapşırıqlar verildi.Növbəti monitorinqin tarixi müəyyənləşdirildi.Dekabr ayında müəllimlər fəaliyyətləri haqqında hesabat verdikdən sonra yenidən şagirdlərin yazı bacarıqlarını yoxlanması üzrə monitorinq aparılacaqdır.